RAMİN MƏMMƏDOV ZAQATALADA BİR NEÇƏ MƏSCİDİ ZİYARƏT EDİB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatala rayonu Mosul, Əliabad qəsəbəsi “Cümə” və Danaçı kənd məscidlərini ziyarət edib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Ramin Məmmədov Azərbaycanda dini etiqad azadlığının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib:

“Ölkədə milli-mənəvi, əxlaqi dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Dövlət-din münasibətlərinin Azərbaycan modeli ilk növbədə, fərqli konfessiyaların nümayəndələrinin tarixən formalaşmış birgəyaşayış normalarına, etnomədəni ənənələrə riayət etmələrinə əsaslanır. Respublikada müxtəlif dinlərə aid ibadət ocaqları çoxmillətli və multikultural cəmiyyətimizin xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir”.

Bu dəyərlərin qorunub saxlanılmasında din xadimlərinin də üzərinə kifayət qədər vəzifə düşdüyünü qeyd edən Dini Komitənin sədri onların peşəkar inkişafına dəstək göstərilməsinin vacibliyindən danışıb.

Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, təhsilli olmalarının əhəmiyyətinə də toxunan Ramin Məmmədov dini sahədə qarşıda duran çağırışlardan da bəhs edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tramp 1915-ci il hadisələri barədə soyqırımı sözündən istifadə etməyib

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etməyib. “Report” xəbər verir ki,...

Bağla