İCAZƏSİZ HƏCC ZİYARƏTİNƏ GEDƏNLƏR CƏRİMƏLƏNƏCƏK

0

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydaya əsasən, həcc icazəsi olmadan Məkkəyə və müqəddəs yerlərə daxil olmağa cəhd edənlər 20 min riala (təxminən 5300 dollar) qədər cərimələnəcəklər.

Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər 100 000 riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

Ötən il ümumilikdə 1 milyon 833 min 164 nəfər Həcc ziyarətində olub, onlardan 221 min 854 nəfəri Səudiyyə Ərəbistanından olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA ÖLƏNLƏRİN SAYI 52,3 MİNİ ÖTÜB

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 57 fələstinli həlak olub. “Report” xəbər verir ki,...

Bağla