“TECHNOFEST-2025DƏ F-16 QIRICI TƏYYARƏSİNİN NÜMAYİŞ UÇUŞU HƏYATA KEÇİRİLİB

0

Şimali Kiprin paytaxtı Lefkoşada “Technofest-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində “F-16” qırıcı təyyarəsinin nümayiş uçuşu həyata keçirilib.

“Report”un Şimali Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, uçuşu festival ziyarətçiləri maraqla izləyib.

Bundan başqa, festivalda Türkiyə istehsalı olan “Hürkuş” təlim təyyarəsinin də uçuşu baş tutub.

Sayca 11-ci “Technofest” mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LEYSAN YAĞACAQ, GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Bakıda və  Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə...

Bağla