İSRAİL QƏZZADA ƏMƏLİYYATA BAŞLADIĞINI TƏSDİQLƏYİB

0

İsrail Nazirlər Kabineti Qəzza zolağının qalan ərazisi üzərində nəzarətin təmin olunması üçün əməliyyatın başlanmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Euronews” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, mart ayının ortalarında İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri İsrail ordusu anklav ərazisinin təxminən 50 %-i üzərində nəzarəti saxlayır.

Mənbələrə görə, hökumət mayın 5-də səhər əməliyyatın başlanmasının lehinə səs verib. Plan bütün ərazi üzərində nəzarətin təmin edilməsini və İsrail ordusunun anklavda qeyri-müəyyən müddətə qalmasını nəzərdə tutur.

“Əvvəlki əməliyyatlardan fərqli olaraq, İsrail qüvvələri geri çəkilməyəcək və daimi nəzarət üçün qalacaqlar”, – mənbələr qeyd ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DQİDK SƏDRİ VYETNAMA SƏFƏRƏ GEDİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi Min şəhərində XX BMT Vesak Günü münasibətilə keçirilən...

Bağla