“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb

0

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.“

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər. Prezidentin Şuşa rayonunda...

Bağla