Budapeştdə TDT-nın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib

0

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı.

Əvvəlcə birgə foto çəkdirildi.

Sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü işə başladı.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.

Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxışında tədbirin yüksək səviyyədə təşkilinə görə Macarıstan tərəfinə minnətdarlığını ifadə etdi.

Qırğız Respublikasının Macarıstanın Türk Dövlətləri Təşkilatına töhfələrini yüksək qiymətləndirdiyini vurğulayan Sadır Japarov bildirdi: “Biz keçən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyirik və bu, irəliyə atılmış mühüm addımdır. Bu Fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcək. Müsbət təcrübənin əyani nümunəsi olaraq mən Qırğızıstanda fəaliyyət göstərən Qırğız-Azərbaycan, Qırğız-Özbək və Qırğız-Macar inkişaf fondlarının uğurlu nəticələrini məmnunluqla qeyd edə bilərəm”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının Zirvə görüşündə iştirak edib –

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Bağla