Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub

0

Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdədir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti mayın 30-da Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə tanış olub.

AMM-in direktoru Samir Abbasov mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti AMM-in layihəsi ilə Türkiyənin Qazi Universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın və Azərbaycan dili kurslarının açılışında iştirak edib.

Əvvəlcə universitetin rektoru, professor Uğur Ünal ilə nümayəndə heyətinin görüşü olub. Söhbət zamanı universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın əhəmiyyəti vurğulanıb. Nazir müavini yaradılan şəraitə və dəstəyə görə rektora təşəkkür edib.

Daha sonra Azərbaycan dili kursunun açılışı olub. Rektor iki ölkə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin inkişafında özünü göstərdiyini deyib.

Öz növbəsində Səadət Yusifova tədris ocağının iki qardaş ölkə arasında mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildirib.

Sonda Azərbaycan dili kursu dinləyicilərinin çıxışları təqdim olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN İSLAM DÖVLƏTLƏRİNİ İQTİSADİ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏYƏ ÇAĞIRIB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dövlətlərini iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırıb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, bu...

Bağla