TÜRKİYƏ VƏ GÜRCÜSTANDAN OLAN DİN XADİMLƏRİNİN ŞUŞAYA SƏFƏRİ BAŞLAYIB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır.

30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Gülər: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır

Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliyanın Milli günü münasibətilə...

Bağla