HƏCC ÜÇÜN SƏUDİYYƏ ƏRƏBİSTANINA 1,5 MİLYONDAN ÇOX ZƏVVAR GƏLİB

0

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaymi məlumat verib.

Əl-Nuaymi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır.

Qurum rəsmisi bildirib ki, idarə Həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Selçuk Bayraktar Azərbaycandakı fəaliyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycandakı fəaliyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Keçmişimiz də,...

Bağla