“Azərbaycanda dini konfessiyalar arasında möhkəm əməkdaşlıq və həmrəylik var”

0

Azərbaycanda hazırda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə nümayəndəsi Cek Gerard ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycandakı dini durum, dövlət-din münasibətləri və dini tolerantlıq ənənələri barədə geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri bildirib ki, tolerantlıq mühitinin fromalaşdığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Bunun ən bariz örnəyi isə Azərbaycandır və burada tarixən dözümlülük ənənələri bərqərar olub.

Cek Gerard isə öz növbəsində Azərbaycanın dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasətin dünya ölkələri üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dini qurumun bu istiqamətdə ölkəmizlə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.a

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏRİM VƏLİYEV İSTANBUL VƏ KONYADAKI BEYNƏLXALQ HƏRBİ TƏLİMLƏRİ İZLƏYƏCƏK

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə səfərə gedib. "Report" xəbər verir ki,...

Bağla