Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha göstərib

0

Regionda gərginliyin artması (İran və İsrail arasında – red.) təhlükəsiz nəqliyyat marşrutlarının vacibliyini bir daha nümayiş etdirdi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən qlobal nəqliyyat dəhlizləri forumunda bildirib.

“Regionumuzdakı son gərginlik, Hörmüz boğazında və hava məkanında qeyri-müəyyənlik yeni və təhlükəsiz nəqliyyat marşrutlarının nə qədər dəyərli olduğunu bir daha xatırlatdı. Bu gün nəqliyyat imkanlarını inkişaf etdirən ölkələr təkcə cəmiyyətlərinin rifahına töhfə vermir, həm də onların mədəni və elmi inkişafını təşviq edir”, – o bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə nəqliyyat və kommunikasiya infrastrukturuna təxminən 300 milyard dollar sərmayə qoyub və bu, ölkəyə 1 trilyon 65 milyard dollar gəlir gətirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tanınmış türkoloq: Azərbaycanla türkologiya sahəsində çox önəmli addımlar atırıq

Türkiyə və Azərbaycan türkologiya sahəsində çox önəmli addımlar atmağa davam edir. Bunu “Report”un Türkiyə bürosuna türkoloq, alim Ahmet Bican Ercilasun...

Bağla