BU İL İLK DƏFƏ ŞUŞA VƏ AĞDAMDA QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏK

0

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək.

Bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.

O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda – ümumilikdə 38 məntəqədə təşkil olunacaq:

“Bu il ilk dəfə azad edilən ərazilərdə – Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan pilotları “Anadolu Qartalı – 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib

Azərbaycan pilotları Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib. "Report"un Konyaya ezam olunan əməkdaşı...

Bağla