ƏLİ ƏSƏDOV ERSİN TATAR İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

0

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL İLK DƏFƏ ŞUŞA VƏ AĞDAMDA QANVERMƏ AKSİYASI KEÇİRİLƏCƏK

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək. Bunu nazirliyin...

Bağla