BAKIDA KÜLƏYİN SÜRƏTİ 28 M/S TƏŞKİL EDİR

0

Azərbaycanda iyulun 4-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏMAS İSRAİLLƏ ATƏŞKƏS TƏKLİFİNƏ MÜSBƏT CAVAB VERİB

Fələstin hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat...

Bağla