Qəzzada humanitar yardım almaq istəyən 900-ə yaxın fələstinli ölüb

0

İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində azı 116 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ABŞ-nin idarə etdiyi Qəzza Humanitar Fondunun paylama məntəqələrində ərzaq yardımı almağı gözləyən 38 nəfər ölüb.

Beynəlxalq təşkilatların məlumatına görə, may ayının sonlarından bu günə kimi Qəzzada humanitar yardıma almaq istəyən 900-ə yaxın insan həyatını itirib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, anklavdakı xəstəxanalardakı təcili yardım otaqları görünməmiş sayda ac insanla dolub. Belə ki, Qəzzada 17 min uşaq ağır qida çatışmazlığından əziyyət çəkir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qiyaslı kəndindəki tarixi məscidin ilkin görkəmini qorumaq üçün arxiv materiallarından istifadə olunub

Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin ilkin görkəmini qorumaq üçün arxiv materiallarından istifadə olunub. Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşına...

Bağla