Hikmət Hacıyev: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

0

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:

“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
3-CÜ ŞUŞA QLOBAL MEDİA FORUMU İŞİNƏ DAVAM EDİR

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayır. İyulun...

Bağla