Türkiyədə zəlzələ zamanı 29 nəfər xəsarət alıb, ölən var

0

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda zəlzələ baş verib. Qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə təbii fəlakət yerin 11 km dərinliyində baş verib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.

Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentini təbrik edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri. 2025-ci il avqustun...

Bağla