TÜRKİYƏDƏ 185 GENERAL VƏ ADMİRAL YENİ VƏZİFƏYƏ TƏYİN EDİLİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 185 general və admirala yeni vəzifə verib.

Prezidentin bununla bağlı sərəncamı “Resmi Gazete”də yayımlanıb.

Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında 119, Hərbi Dəniz Qüvvələri Komandanlığında 35, Hərbi Hava Qüvvələri Komandanlığında isə 31 general və admiralın vəzifələri dəyişib.

Türkiyə Prezidentinin sərəncamı ilə ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Korpusuna komandir təyin olunub.

Qeyd edək ki, Bəxtiyar Ersay həm də Azərbaycan müdafiə nazirinin müşaviridir. Avqustun 5-də rütbəsi artırılan B. Ersay ordu generalı olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏMAS atəşkəslə bağlı danışıqlara hazır olduğunu təsdiqləyib

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyatının rəhbəri Həsən Rəşid ilə görüşdə Qəzza zolağında atəşkəs və barışıq danışıqlarının...

Bağla