HƏMAS fələstinli məhbusların qarşılığında bəzi israilli girovları azad etməyə razılaşıb

0

HƏMAS hərəkatı fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalı məlumat yayıb.

Mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutmalıdır.

Telekanalın mənbələrinin verdiyi məlumata görə, Misir və Qətər vasitəçilərinin irəli sürdüyü və HƏMAS-ın dəstəklədiyi təklifdə İsrail qoşunlarının Qəzzadan çıxarılması da nəzərdə tutulub. Bu, humanitar yardımın anklav ərazisinə maneəsiz daxil olmasını təmin etmək üçün zəruridir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİ ÜÇÜN İKİGÜNLÜK SEMİNAR-TRENİNQ KEÇİRİLƏCƏK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada din xadimləri üçün ikigünlük...

Bağla