Azərbaycan Trabzonda TÜRKSOY-un toplantısında təmsil olunur

0

Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin yüksək rütbəli məmurlarının 5-ci toplantısı başlayıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı və Trabzon valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ BÖLGƏLƏRDƏ KÜLƏK GÜCLƏNƏCƏK

Azərbaycanın bəzi bölgələrində avqustun 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bağla