Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

0

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Suriya prezidenti İsraillə təhlükəsizlik razılaşmasına doğru irəliləyiş olduğunu bildirib

Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə ediblər. “Report” xəbər verir...

Bağla