TÜRKİYƏ “ALTAY” TANKLARININ KÜTLƏVİ İSTEHSALINA BAŞLAYIB

0

Ankarada BMC şirkətinin yeni zavodunda Türkiyənin əsas döyüş tankı olan “Altay”ın kütləvi istehsalına start verilib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, yerli istehsal olan BATU mühərriki ilə təchiz edilmiş tank sınaqlardan uğurla keçib və tezliklə ordunun silahlanmasına daxil olacaq.

Aerokosmik və aviasiya sənayesinin ixtisaslaşdırılmış mütəşəkkil sənaye zonasında (HAB) yerləşən zavodda yerli istehsal olan sənaye robotları və müasir istehsal texnologiyalarından istifadə olunur. Burada, həmçinin yeni nəsil “Altug 8×8” zirehli maşınları da istehsal ediləcək.

BMC-nin rəhbəri Fuat Tosyalının sözlərinə görə, müəssisə böyükmiqyaslı istehsala tam hazırdır. O qeyd edib ki, məhsullar təkcə Türkiyə ordusuna deyil, həm də müttəfiq dövlətlərə də tədarük ediləcək.

“Altay” tankının kütləvi istehsalına başlanması ölkənin müdafiə sahəsində müstəqilliyinin gücləndirilməsinə doğru mühüm addım kimi qiymətləndirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAĞIŞ YAĞACAQ, ŞİMŞƏK ÇAXACAQ

Azərbaycanda sentyabrın 6-da havanın yağışlı olacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

Bağla