Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.
Bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki, Balakən, Qax, və Zaqatala rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.
Layihənin əsas məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də maarifləndirici və ictimai fəaliyyətlərin aparıldığı mərkəzlərə çevrilməsinə töhfə verməkdir. Bu təşəbbüs milli-mənəvi və dini dəyərlərin daha geniş kütlələrə çatdırılmasına, xüsusilə, gənclərdə mütaliə vərdişlərinin gücləndirilməsinə xidmət edir.
Layihə çərçivəsində cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 250 məscidin kitabxana ilə təmin olunması planlaşdırılır. Təşəbbüsün növbəti illərdə də davam etdirilməsi, hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər yalnız dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.
Bu mərhələdə siyahıda adları göstərilən məscidlər kitabxana ilə təmin olunub:
Şəki rayonu
Şəki şəhəri mərkəzi “Cümə” məscidi
Şəki şəhəri “İmam Əli” məscidi
Şəki rayonu Cəfərabad kənd məscidi
Şəki şəhəri “Ömər Əfəndi” məscidi
Şəki rayonu Daşüz kənd məscidi
Şəki rayonu İncə kənd məscidi
Şəki rayonu Şorsu kənd məscidi
Şəki rayonu Qudula kənd məscidi
Şəki rayonu Qoxmuq kənd məscidi
Şəki rayonu Baş Küngüt məscidi
Şəki rayonu Bideyiz kənd məscidi
Qax rayonu
Qax rayonu “Mərkəzi Cümə” məscidi
Qax şəhər məscidi
Qax rayonu Əmbərçay kəndi “Cümə” məscidi
Qax rayonu Qum kəndi “Cümə” məscidi
Zaqatala rayonu
Zaqatala şəhəri “Cümə” məscidi
Zaqatala rayonu Yuxarı Tala kənd məscidi
Zaqatala rayonu Muxax kənd məscid
Zaqatala rayonu Əliabad qəsəbəsi “Cümə” məscidi
Zaqatala rayonu Danaçı kənd məscidi
Zaqatala rayonu Car kənd məscidi
Zaqatala rayonu Göyəm kənd məscidi
Zaqatala rayonu Yolayrıc kənd məscidi
Zaqatala rayonu Üçüncü Tala kənd məscidi
Zaqatala rayonu Bəhmətli kənd məscidi
Zaqatala rayonu Mamrux kənd məscidi
Balakən rayonu
Balakən şəhəri “Mərkəzi Cümə” məscidi
Balakən rayonu Qabaqçöl qəsəbə məscidi
Balakən rayonu İtitala kənd məscidi
Balakən rayonu Cederovtala kənd məscidi
Balakən rayonu Katex kəndi “Mərkəzi” məscidi