Prezident: Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq

0

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir.

“Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏNİN YENİ HƏRBİ ATTAŞESİNİ QƏBUL EDİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib. Bu barədə Azərbaycanın...

Bağla