Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib.
Bu barədə “Report” Türkmənistan mediasına istinadən məlumat verir.
Tenderdə iştirakda maraqlı olan tərəflərin müraciət və təklifləri nazirliyin Marketinq və Xarici İqtisadi Əlaqələr İdarəsində sentyabrın 22-dək qəbul edilir və qeydiyyata alınır.
Füzulidə məscidin tikintisi Türkmənistanın Azərbaycana hədiyyəsi olacaq. Bu barədə daha əvvəl Prezident İlham Əliyev məlumat verib və qeyd edib ki, məscidin inşası ilə bağlı təklifi Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində irəli sürüb. Artıq memarlıq eskizi hazırlanıb və yaxın vaxtlarda təməlinin qoyulması planlaşdırılır.