HƏFTƏSONU İLİN SON GÜNƏŞ TUTULMASI BAŞ VERƏCƏK

0

Sentyabrın 21-də ilin ikinci və son Günəş tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Report”a verilən xəbərə görə, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünsə də, Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH LEYSAN YAĞACAQ, ŞİMŞƏK ÇAXACAQ

Azərbaycanda sentyabrın 17-də yağışlı hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə...

Bağla