TDT HÖKUMƏT BAŞÇILARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

0

Bişkekdə sentyabrın 18-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.

Tərəflər iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəklər. Həmçinin, əməkdaşlığın daha da gücləndirilməsi üçün TDT-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏFTƏSONU İLİN SON GÜNƏŞ TUTULMASI BAŞ VERƏCƏK

Sentyabrın 21-də ilin ikinci və son Günəş tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən...

Bağla