TÜRKİYƏDƏ TƏBİİ FƏLAKƏTLƏR NAZİRLİYİ YARADILACAQ

0

Türkiyədə Təbii Fəlakətlər Nazirliyinin yaradılması istiqamətində işlərə başlanılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat əldə edib.

Bildirilib ki, yeni nazirlik ölkənin üzləşdiyi çoxsaylı təbii fəlakətlərlə mübarizədə daha effektiv fəaliyyət sərgiləmək məqsədilə qurulacaq.

Yerli bələdiyyələrin tərkibində olan yanğınsöndürmə xidmətləri, həmçinin təbii fəlakətərlə bağlı bir sıra digər qurumlar nazirliyin tabeliyinə veriləcək.

Bundan başqa, binaların standart və qanunlara uyğun şəkildə tikilməsinə də Təbii Fəlakətlər Nazirliyi nəzarət edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANKARADA QAFQAZ İSLAM ORDUSU VƏ ƏNVƏR PAŞA ADLI TƏDBİR KEÇİRİLİB

Ankara Ticarət Palatasının (ATO) binasında Qafqaz İslam Ordusunun xatirəsinə "Qafqaz İslam Ordusu və Ənvər Paşa" adlı tədbir keçirilib. "Report"un yerli...

Bağla