BMT KONFRANSINDA 10 ÖLKƏ FƏLƏSTİN DÖVLƏTİNİ TANIYACAQ

0

On ölkənin nümayəndələri sentyabrın 22-də BMT konfransı zamanı Fələstin dövlətini tanıdıqlarını elan etmək niyyətindədirlər.

“Report”un “Agence France-Presse”yə (AFP) istinadən məlumatına görə, bu barədə Yelisey sarayında dövlət başçılarının Nyu-Yorka BMT Baş Assambleyasına səfəri ərəfəsində keçirilən brifinqdə bildirilib.

“On ölkə Fələstin dövlətini tanımağa başlamaq niyyətindədir”, – AFP Fransa Prezidenti Emmanuel Makronun müşavirindən sitat gətirib.

O qeyd edib ki, bu ölkələrə Fransadan əlavə Andorra, Avstraliya, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və San-Marino daxildir. Fransa liderinin ofisi də İsrailin İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal etmək cəhdlərini pisləyib və bunun “aydın qırmızı xətt” təşkil etdiyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ AĞDƏRƏ ŞƏHƏRLƏRİ GÜNÜDÜR

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd olunur....

Bağla