BDU-nun komandası Türkiyədə TEKNOFEST-2025 festivalında qalib olub

0

Bakı Dövlət Universitetinin (BDU) “BSU SSTCC” komandası “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında uğur qazanıb.

“Report” xəbər verir ki, dünyanın 96 ölkəsindən 565 776 komandanın iştirak etdiyi festivalda komanda “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsi ilə birinci yerə layiq görülüb.

“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PORTUQALİYA FƏLƏSTİN DÖVLƏTİNİ RƏSMƏN TANIYIB

Portuqaliya Böyük Britaniya, Kanada və Avstraliyaya qoşularaq Fələstin dövlətini rəsmən tanıyıb. "Report"un xəbərinə görə, bu barədə "France 24" Portuqaliyanın xarici...

Bağla