QUTERREŞ: FƏLƏSTİN XALQI ÜÇÜN DÖVLƏTÇİLİK MÜKAFAT DEYİL, HÜQUQDUR

0

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur və bunu inkar etmək bütün dünyadakı ekstremistlərə hədiyyə olardı”.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib

BMT-nin baş katibi mövcud vəziyyəti dözülməz adlandıraraq, yeganə həll yolunun iki dövlətli nizamlanma olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hər iki dövlət üçün paytaxtı Qüds olmaqla, 1967-ci ildən əvvəlki sərhədlər daxilində müstəqil, suveren və demokratik Fələstin Dövləti yaradılmalıdır: “İki dövlət olmasa, Yaxın Şərqdə sülh olmayacaq, radikalizm bütün dünyaya yayılacaq”.

Quterreş, həmçinin dərhal və daimi atəşkəs, bütün girovların qeyd-şərtsiz azad edilməsi və humanitar yardımların tam təmin edilməsi çağırışını təkrarlayıb.

O vurğulayıb ki, heç bir şey Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına və ya hər hansı formada etnik təmizləməyə haqq qazandıra bilməz.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN DÜNYA DÖVLƏTLƏRİNİ FƏLƏSTİNİ TANIMAĞA ÇAĞIRIB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Fələstini tanımağa çağırıb. "Report" xəbər verir ki, o, bu barədə ABŞ-nin "Newsweek" nəşrində...

Bağla