“FƏLƏSTİNİN TANINMASI SON DƏRƏCƏ MÜHÜM VƏ TARİXİ QƏRARDIR”

0

“Bəzi ölkələrin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin Fələstini tanıması son dərəcə mühüm və tarixi qərardır”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Fələstinlə bağlı konfransda deyib.

Onun sözlərinə görə, iki ilə yaxındır ki, İsrail hökumətinin güclənən hücumları səbəbindən bölgə ağır humanitar fəlakət yaşayır.

“Qəzzada 65 mindən çox insanın həyatına son qoyan qırğınlar səngimək bilmir. Heç kim baş verənləri qəbul edə, belə bir soyqırım qarşısında səssiz qala bilməz. Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin yaradılmasını qeyri-mümkün etmək və Fələstin xalqını mümkün qədər qaçmağa məcbur etməkdir. Bu neqativ hallara qarşı BMT Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla bir qrup ölkənin Fələstin Dövlətini tanımaq qərarı son dərəcə əhəmiyyətli və tarixidir”.

Ərdoğan əlavə edib ki, Fələstin məsələsi qlobal problemə çevrilib: “Bununla belə, burada danışan hər kəsin həm də Fələstin xalqının səsini təmsil etməsini olduqca dəyərli hesab edirəm. İki dövlət həllini məhv etmək, Fələstin dövlətinin mövcudluğunu inkar etmək, Fələstin xalqını qovmaq və İsrailin bölgədəki ekspansionist ambisiyalarını həyata keçirmək – buna heç vaxt yol verilməməlidir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QUTERREŞ: FƏLƏSTİN XALQI ÜÇÜN DÖVLƏTÇİLİK MÜKAFAT DEYİL, HÜQUQDUR

"Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur və bunu inkar etmək bütün dünyadakı ekstremistlərə hədiyyə olardı". "Report" xəbər verir ki,...

Bağla