Azərbaycan və Ermənistan XİN başçıları dialoqu davam etdirmək barədə razılığa gəlib

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Fövqəladə Hallar Nazirliyi nəqliyyat vasitələri sürücülərinə müraciət edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, yay istirahət mövsümünün bitməsi və...

Bağla