Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, azərbaycanəsilli şair və yazıçı Yavuz Bülent Bakiler 89 yaşında vəfat edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Bakiler 1936-cı il aprelin 23-də Sivasta anadan olub. O, “Qarabağ həsrəti”, “Azərbaycan ürəyimdə bir şah damardır”, “Azərbaycan” kimi şeirlərin müəllifidir. Şairin babaları Qarabağdan Sivasa köçüb.
Allah rəhmət eləsin.