ŞKTR PREZİDENTİ: TÜRKİYƏNİN ADADAKI HƏRBİ VARLIĞI QIRMIZI XƏTTİMİZDİR

0

Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir.

“Report” xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) qayıdan ölkə başçısı Ersin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib.

E.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər. Tatarın sözlərinə görə, Quterreş və Xristodulidis ilə görüşlərində cənub və şimal dövlətlərinin əməkdaşlıq məsələsini gündəmə gətirsə də, yunan tərəfi buna isti yanaşmayıb:

“Biz embarqoların aradan qaldırılmasını gözləyirik, lakin əksi olur, üstəgəl, qarşı tərəf təcavüzkar davranışlar sərgiləməyə davam edir”.

ŞKTR Prezidenti həmçinin Xristodulidisin özünün gərgin olduğuna dair iddialarını yalanlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-DƏ AZƏRBAYCANIN BƏYANATI SƏSLƏNDİRİLİB

Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib. "Report" xəbər...

Bağla