ƏRDOĞAN: TRAMPLA GÖRÜŞÜM ÇOX MƏHSULDAR KEÇDİ

0

Sentyabrın 25-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüm çox məhsuldar keçdi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, görüşdə bir çox məsələ müzakirə olunub: “100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birlikdə atacağımız addımları müzakirə etdik. İsrailin artan hücumları, Rusiya-Ukrayna müharibəsi və regiondakı hadisələr də gündəlikdə idi”.

Ərdoğan müsbət keçən görüşün nəticələrinin yaxın zamanda özünü göstərəcəyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ersin Tatar: Azərbaycanın regionda sülhə verdiyi dəstəyi diqqətlə izləyirik

Azərbaycanın regionda sülhə verdiyi dəstəyi diqqətlə izləyirik. Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar...

Bağla