Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur

0

Bu gün Türkiyənin paytaxtı Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bununla əlaqədar Ankarada İslam Əməkdaşlıq Təşkilatı Statistika Komissiyasının (OIC-StatCom) 14-cü sessiyası keçirilir.

İslam Ölkələri üzrə Statistika, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzində (SESRIC) keçirilən müzakirələrdə Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Tədbir Qurani-Kərimdən ayələrin oxunması ilə açılıb, daha sonra İslam ölkələri arasında statistika sahəsində əməkdaşlığın vəziyyəti və dərinləşdirilməsi yolları ətrafında müzakirələr aparılıb. Beynəlxalq təşkilatların, o cümlədən İslam İnkişaf Bankının nümayəndələri sessiya iştirakçıları qarşısında çıxış ediblər.

Qeyd edək ki, üç gün davam edəcək tədbirin gündəliyinə İƏT-StatCom-un 2026-2030-cu illər üçün Fəaliyyət Planına baxılması da daxil edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR VƏ ŞAHDAĞA QAR YAĞIB

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Bağla