İSRAİL HƏRBÇİLƏRİ “SUMUD” FLOTİLİYASINA HÜCUM EDİB, 9 GƏMİNİ ƏLƏ KEÇİRİB

0

Sumud flotiliyasına məxsus ələ keçirilən gəmilərin sayı doqquza çatıb

İsrail hərbçiləri fələstinlilərə humanitar yardımla Qəzza sahillərinə doğru irəliləyən “Sumud” flotiliyasının doqquz gəmisini ələ keçiriblər.

“Report”un məlumatına görə, bu barədə beynəlxalq missiyanın məlumat komitəsinin açıqlamasını Livanın “Al Mayadeen” telekanalı yayıb.

Qeyd olunub ki, İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar törədir, su toplarından istifadə edir və saxlanılan aktivistlərlə qəddar davranırlar.

Daha əvvəl Qətərin “Al Jazeera” telekanalı dörd gəminin ələ keçirildiyi və təxminən 70 aktivistin saxlanıldığı barədə məlumat vermişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur

Bu gün Türkiyənin paytaxtı Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur. "Report"un Türkiyə bürosu xəbər verir ki,...

Bağla