TÜRKİYƏ XİN “SUMUD” FLOTİLİYASINA EDİLƏN HÜCUMU PİSLƏYİB

0

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan “Sumud” qlobal flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücumu pisləyib.

“Report” xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Qeyd olunub ki, rəsmi Ankara sözügedən hücumun Qəzzada atəşkəsin təmin olunmasına yönəlmiş səylərə zərər verməməsinə ümid edir.

“Səfərin əvvəlindən etibarən donanmadakı iştirakçılar arasında vətəndaşları olan digər ölkələrlə koordinasiyalı şəkildə hərəkət edilir. Bu çərçivədə, İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin tezliklə azad olunması üçün bütün zəruri addımlar atılır. Hücumun məsul şəxslərinin cəzalandırılması üçün hüquqi yollarla müraciət ediləcək”, – bəyanatda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tramp Qəzzada sülh planına dəstək verən Azərbaycan və digər ölkələrlə bağlı paylaşım edib

ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişəni sonlandırmaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşım edib. "Report"un məlumatına...

Bağla