Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Yuta ştatının Provo şəhərində “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda keçiriləcək 32-ci Beynəlxalq Hüquq və Din simpoziumunda iştirak edəcək.
Bu barədə dövlət qurumundan məlumat verilib.
Bildirilib ki, Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 5-8-də keçiriləcək simpoziuma Avropa, Asiya, Yaxın Şərq, Afrika, Sakit okean hövzəsi, Şimali və Cənubi Amerika ölkələrindən, həmçinin ABŞ-dən olan nümayəndələr qatılacaqlar.
R.Məmmədov tədbirdə “Dini azadlığın qorunmasında ən yaxşı təcrübələr: keçmiş və bugün” mövzusundakı plenar sessiyada çıxış edəcək.
Dövlət Komitəsi sədrinin həmçinin səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulur.