Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

0

Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

“Report” xatırladır ki, oktyabrın 6-7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.

Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Qeyd edək ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin Baş katibi Azərbaycanın təşkilata verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Bu barədə o,...

Bağla