BMT-də insanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycanın bəyanatı səsləndirilib

0

xBMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “İnsanlıq əleyhinə cinayətlər” mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.

Bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev diqqətə çatdırıb.

Azərbaycanın Cinayət Məcəlləsinə insanlıq əleyhinə cinayətləri və müharibə cinayətlərini əhatə edən güclü müddəalar daxil olduğunu bildirən birinci katib bunun ölkəmizin konvensional beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirmək öhdəliyini nümayiş etdirdiyini bildirib.

“Azərbaycan bütün ağır cinayətlərə qarşı cəzasızlıqla mübarizəyə çox böyük əhəmiyyət verir və ədaləti təmin etmək və təkrarlanmanın qarşısını almaq üçün güclü və effektiv beynəlxalq hüquqi mexanizmlərin zəruriliyini dərin və ağrılı şəkildə anlayır”, – birinci katib vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ DEPUTAT AZƏRBAYCANIN ABŞ-DƏKİ SƏFİRLİYİNDƏ OLUB

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İlyas Topsakal Azərbaycanın ABŞ-dəki səfirliyində olub. "Report" xəbər...

Bağla