Gəncədə din xadimlərinin roluna həsr olunmuş konfrans keçiriləcək

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans təşkil ediləcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 21-də baş tutacaq tədbirdə Dini Komitənin və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda din xadimlərinin inklüziv, tolerant və ədalətli cəmiyyətin qurulmasında oynadığı roldan, bu sahədə qarşıya qoyulan hədəf və məqsədlərdən bəhs olunacaq. Regional konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” və “Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” panellərində Azərbaycandakı dini və etnik müxtəlifliyin tarixi kökləri milli-mənəvi dəyərlər prizmasından təhlil ediləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAĞINTILI HAVA OKTYABRIN 18-DƏK DAVAM EDƏCƏK

Azərbaycanın bəzi yerlərində hazırda leysan xarakterli yağış yağır. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Oktyabrın 17-si saat 10:00-a olan...

Bağla