BAKIDA ZƏFƏR KONSERTİ VƏ ATƏŞFƏŞANLIQ OLACAQ

0

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

“Report” xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qülləsinin yanında bayram konserti baş tutacaq.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq.

Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan sülhün təşviqi üçün bütün tərəfdaşlarla işləməyə davam edəcək

Azərbaycan bütün dünyada sülhün, dialoqun və davamlı tərəqqinin təşviqi üçün bütün tərəfdaşlarla işləməyə davam edəcək. Bunu Azərbaycan xarici işlər naziri...

Bağla