TÜRKPA BAŞ KATİBİ DÖVLƏT BAXÇALI İLƏ GÖRÜŞÜB

0

TÜRKPA Baş katibi Ramil Həsən Ankarada Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

“Report” xəbər verir ki, Baş katib MHP sədri Dövlət Baxçalıya Parlament Assambleyasının fəaliyyəti, hazırki təşəbbüslər və üzv parlamentlər arasında daha sıx əməkdaşlığın təmin olunmasına yönəlmiş gələcək tədbirlər barədə məlumat verib.

Dövlət Baxçalı TÜRKPA-nın fəaliyyətinin və institusional potensialının daha da inkişaf etdirilməsinə tam dəstək nümayiş etdirib.

Görüş zamanı tərəflər dövlətlər arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və TÜRKPA-nın türk dünyasında həmrəylik və ortaq dəyərlərin təşviqi platforması kimi rolunun artırılması məsələlərini müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA ZƏFƏR KONSERTİ VƏ ATƏŞFƏŞANLIQ OLACAQ

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq. "Report" xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat...

Bağla