AKP PKK-nın Türkiyədən tamamilə çıxması qərarına münasibət bildirib

0

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çəlik “X”də yazıb.

O bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə” prosesinin əsas gündəmidir. PKK-nın tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə”yə nail olmaq üçün yol xəritəsinin əsas sütununu təşkil edir.

Ömər Çəlik vurğulayıb ki, bugünkü hadisələr, PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, “terrorsuz Türkiyə” istiqamətindəki irəliləyişin konkret nəticələridir.

Qeyd edək ki, PKK Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq

PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq. "Report" NTV-yə istinadən xəbər verir...

Bağla