Burhanəddin Duran: PKK-nın açıqlaması “Terrorsuz Türkiyə” istiqamətində yeni addımdır

0

PKK-nın bugünkü açıqlaması “Terrorsuz Türkiyə” prosesi istiqamətində yeni addımdır.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü Burhanəddin Duran “X”də yazıb.

O bildirib ki, bu addım PKK-nin tərksilah olunması istiqamətində baş tutan müsbət hadisədir: “Terrorsuz Türkiyə” prosesi cənab Prezidentimizin və Dövlət Baxçalının qətiyyətli və cəsarətli liderliyi sayəsində davam etdirilir. Məqsədimiz ölkə daxilində sabitlik və təhlükəsizliyi təmin etmək, bölgəmizdə isə sülh və sabitliyi daimi etməkdir. Regionda baş verən hadisələr və beynəlxalq miqyasda artan qeyri-müəyyənliklər qarşıdakı dövrdə Türkiyə üçün yeni öhdəliklər yaradır”.

Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AKP PKK-nın Türkiyədən tamamilə çıxması qərarına münasibət bildirib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib. "Report" xəbər verir...

Bağla