TÜRKİYƏDƏ 6,1 MAQNİTUDALI ZƏLZƏLƏ BAŞ VERİB

0

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.

27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.

Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda oktyabrın 27-də Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər...

Bağla