“Bir millət, iki dövlət” prinsipi sərhədlərini çoxdan aşaraq geosiyasi birliyə çevrilib

0

“Bir millət, iki dövlət” prinsipi sərhədlərini çoxdan aşaraq geosiyasi birliyə çevrilib.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumundan (EYBF2025) əvvəl keçirilən görüşdə deyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinin detallı izahına ehtiyac yoxdur:

“Azərbaycanla münasibətlər Xəzərin şərqinə doğru irəliləyib, Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya qədər inkişaf edib. Yerləşdiyimiz coğrafiya dəyişən qlobal düzəndə ən əhəniyyətli məkana çevriləcək. Çünki Orta Dəhliz də buradan keşir. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə üzərindən Şərq-Qərb xətti açılacaq. Növbəti on ildə bunun gətirdiyi inkişafın şahidi olacağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur. "Report" xəbər verir ki, bunu Türkiyənin gənclər...

Bağla