BDYPİ Yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

0

Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və piyadalardan xahiş edir ki, belə hava şəraitində yollarda xüsusi diqqət və ehtiyatla hərəkət etsinlər:

“Sürücülərə tövsiyə olunur ki, sürət həddini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, ötmə və manevretmə zamanı xüsusilə diqqətli olsunlar, həmçinin şüşəsilən və işıq cihazlarının, o cümlədən təkərlərin saz vəziyyətdə olmasına əmin olsunlar.

Piyadalar isə yalnız müəyyən olunmuş keçidlərdən keçməli, yağış və çiskin zamanı görünməni artıran işıq əks etdirən geyimlərə üstünlük verməlidirlər”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq diqqət və məsuliyyət hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin əsas təminatıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hakan Fidan: PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır

PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir. "Report" xəbər verir ki, bunu İraq Baş nazirinin...

Bağla